Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar. Sənə qarşı ətrafında ordugah quracağam, Dövrəsinə istehkamlar düzəcəyəm, Sənə hücum etmək üçün qüllələr tikəcəyəm. Ordular Rəbbi belə dedi: «Ağac kəsin, Yerusəlimin önündə torpaq qalağı qurun. Bu şəhər cəzalanmalıdır, Çünki zorakılıqla dolub-daşır. Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy. Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək. Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
Выбор основного перевода