Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq». Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək. Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir.
Выбор основного перевода