Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. İsa ilə şagirdləri də toya çağırılmışdı. Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi.
Выбор основного перевода