Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm. Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür! Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın. Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın. Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”». Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
Выбор основного перевода