Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin! Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm. Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm. Sevgimin əvəzinə mənə ittiham yağdırırlar, Mən isə dua etməkdəyəm. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək. Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
Выбор основного перевода