Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir. Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar. Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir. Xalqın başına gələn Kahinin də başına gələcək. Tutduqları yol üçün onları cəzalandıracağam. Əməllərinin əvəzini onlara ödəyəcəyəm. Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətirib Özləri yeyir. Rəbb onlardan razı deyil. İndi onların qəbahətlərini yada salacaq, Günahlarına görə onları cəzalandıracaq. Onlar Misirə qayıdacaq. Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq. Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”.
Выбор основного перевода