Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!» Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam. Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq. Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm. «Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi. Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
Выбор основного перевода