Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək. Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”». Yəhuda nəslini qüvvətləndirəcəyəm, Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam, Çünki onlara acıyıram. Elə edəcəyəm ki, sanki onları Heç əvvəlcədən rədd etməmişəm. Çünki Mən onların Allahı Rəbbəm, Onlara cavab verəcəyəm. Mən onları yenə Misir ölkəsindən gətirəcək, Aşşurdan toplayacağam. Onları Gilead torpağına, Livana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq.
Выбор основного перевода