Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı. Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün. Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir». Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yəhudilər Adar ayının on dördünü sevinc, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir. çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər.
Выбор основного перевода