Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?» Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım. Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.
Выбор основного перевода