Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Seraya, Azarya, Yeremya, Paşxur, Amarya, Malkiya, Xattuş, Şevanya, Malluk, Xarim, Meremot, Avdiya, Daniel, Ginneton, Baruk, Meşullam, Aviya, Miyamin, Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi. Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya, Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan, Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif, Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay, İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam, Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay, Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan, Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi, Şallay nəslindən Qallay, Amoq nəslindən Ever, Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel. Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar. Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı: Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin. Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.
Выбор основного перевода