Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin. Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin. Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə. Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.
Выбор основного перевода