Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Amarya, Malluk, Xattuş, Şekanya, Rexum, Meremot, İddo, Ginnetoy, Aviya, Miyamin, Maadya, Bilqa, Şemaya, Yoyariv, Yedaya, Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi. Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı. Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu. Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi. Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi. Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya, Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan, Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif, Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay, İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam, Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay, Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan, Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi, Şallay nəslindən Qallay, Amoq nəslindən Ever, Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.
Выбор основного перевода