Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Неемия
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit. Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər. Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı. Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! Ey Allahımız, indi qulunun duasını və yalvarışlarını eşit. Ey Xudavənd, Öz xatirinə işıqlı üzünü viran olan Müqəddəs məkanına tərəf çevir. Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik. Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət et və hərəkətə gəl. Ey Allahım, Öz adın naminə gecikmə, çünki şəhərin və xalqın Sənə məxsusdur». Mən hələ danışıb duada özümün və xalqım İsrailin günahlarını etiraf edərək Allahımın müqəddəs dağı üçün yalvarışımı Allahım Rəbbə təqdim edən zaman –
Неемия
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Выбор основного перевода