Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp. Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, başının və tikələrinin üstünə qoy. Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir. O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər. Sonra o adam yandırma qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın. Kahin Harunun övladları qurbangahda od qalayıb üstünə odun düzsünlər. Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər. Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
Выбор основного перевода