Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm. Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan. Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar. Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma. Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi, «Oğrunun evinə və Mənim adımla Yalandan and içən adamın evinə lənət girəcək, O evin içində qalacaq, Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».
Выбор основного перевода