Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Kim insan qanı töksə, Onun da qanı İnsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb. Adam vurub öldürən şəxs öldürülməlidir. Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin. Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir. Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən birinə qaçarsa, bu adamın şəhərinin ağsaqqalları adam göndərib onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin.
Выбор основного перевода