Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin. «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun. Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir. İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər. Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”». Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin. Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm. Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin. Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.
Выбор основного перевода