Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun. Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi. Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı». Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin. Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.
Выбор основного перевода