Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Murdar şeylər yeməyin. Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun. Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin. Bütün pak quşların ətindən yeyə bilərsiniz. Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, çalağan, şahin, bütün çalağan cinsindən olanlar, bütün qarğa cinsindən olanlar, dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, yapalaq, böyük bayquş, ağ bayquş, qutan, leş kərkəsi, qarabatdaq, leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
Выбор основного перевода