Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin. Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin. Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır. Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər. Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu.
Выбор основного перевода