Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi». Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib». Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib». Əgər bizə “sizin yanınıza biz gələnə qədər dayanın” desələr, o zaman yerimizdə durub onların yanına çıxmarıq. Lakin “yanımıza çıxın”, desələr, o zaman yerimizdən durub onların yanına qalxarıq, çünki Rəbb onları bizə təslim etmişdir və bu bizim üçün əlamət olacaq».
Выбор основного перевода