Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?» Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa». Rəbb dedi: «Onu yerə at». Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. Rəbb Musaya dedi: «Əlini uzadıb onun quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. Sonra Rəbb dedi: «Bu əlamət ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar». Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda, əli cüzama tutulub qar kimi ağappaq oldu. Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu. Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir.
Выбор основного перевода