Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar. Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək». sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz, Givea kişiləri mənə qarşı qalxdılar və mənim gecələdiyim evi mühasirəyə aldılar, məni öldürmək istədilər və cariyəmi zorladılar. Bunun nəticəsində qadın öldü. İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər. Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!» İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin». Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər, eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
Выбор основного перевода