Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir». Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi. Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin». Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü». Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.
Выбор основного перевода