Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
К Римлянам
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Harun onlardan qızıl götürdü, oyma aləti ilə surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» dedi. Rəbb Xorevdə alovun içərisindən sizinlə danışan gün heç bir surət görmədiniz. Buna görə çox diqqətli olun ki, yoldan azıb özünüz üçün kişi və yaxud qadınabənzər, yerdə olan hər hansı bir heyvanabənzər, göydə uçan hər hansı bir qanadlı quşabənzər, torpaqda sürünən hər hansı bir məxluqabənzər, yerin dərinliklərində yığılan suda yaşayan hər hansı bir balığabənzər, hər hansı bir cisməbənzər oyma büt yaratmayasınız. Gözlərinizi göyə qaldıraraq günəşi, ayı, ulduzları və bütün səma cisimlərini görəndə azmayın. Allahınız Rəbbin bütün səma altındakı xalqlara verdiyi bu şeylərlə aldanıb onlara səcdə edərək sitayiş etməyin.
К Римлянам
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Выбор основного перевода