Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6
Параллельные места
Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır. Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir. Adamlar orada-burada tapdıqlarını yeyəcək, Amma doymayıb ac qalacaq. Hər kəs öz uşağının ətini yeyəcək. Menaşşe Efrayimi yeyəcək, Efrayim Menaşşeni. Sonra birlikdə Yəhudaya hücum edəcəklər. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz.
Выбор основного перевода