Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6
Параллельные места
Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm. Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq, iman edən hər kəs bu İnsanda saleh sayılacaq. Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq». Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur. Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
Выбор основного перевода