Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
К Филимону
1
Параллельные места
Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar. Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar. Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı özləri ilə götürməyi məsləhət bilmədi. Onların arasında elə kəskin fikir ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı. Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin. Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər. Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır. Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir. Sevimli həkim Luka və Dima da sizə salam göndərir. Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.
К Филимону
1
Выбор основного перевода