Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt. O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir. Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu. Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu. Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
Выбор основного перевода