Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan. Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan. Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan. Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan. Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən. Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı. Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan. Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək! İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun». İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür». İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun». İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!» Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın». O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı. Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun». İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin. O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin? Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür». İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi. Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər. İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur. Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!» İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz». İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim.
Выбор основного перевода