Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə, Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim. Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim? Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı? Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı? İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir. Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi. Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar. Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar. Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar. Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar. Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar. İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz. Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin? Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı. O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı.
Выбор основного перевода