Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
К Ефесянам
1 2 3 4 5 6
Параллельные места
Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək. Musa ilə olduğum kimi səninlə də olacağam, səni atmayacağam və tərk etməyəcəyəm. Möhkəm və cəsarətli ol, çünki atalarına vermək üçün and içdiyim bu torpağı bu xalqa irs olaraq sən verəcəksən. Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.
К Ефесянам
1 2 3 4 5 6
Выбор основного перевода