Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun». Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü. Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”». Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın». Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı. Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər». Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi. Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun». Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın».
Выбор основного перевода