Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı. O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb üç ay gizlətdi. Amramın arvadının adı Yokeved idi. O, Misirdə Levi nəslindən doğulmuşdu. Amramdan Harun, Musa və bacıları Məryəm doğuldu. Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu. Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı.
Выбор основного перевода