Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər. Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı. Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda oxşayırdı. Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən. Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq. Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi.
Выбор основного перевода