Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun. Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy. Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit. Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört. Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir. Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın. Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy. Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun. Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt. Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun. Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun.
Выбор основного перевода