Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt. Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım olsun. Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt. Məskənin cənub tərəfi üçün iyirmi çərçivə və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun. Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt. Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki, bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun. Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül, məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun. Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın. Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört.
Выбор основного перевода