Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm.
Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.
Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq.
Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız.