Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim». Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi. Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi. Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi, heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On əmri yazdı.
Выбор основного перевода