Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun. Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış tikib düzəlt. Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt. Bunları qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün təqdis et.
Выбор основного перевода