Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt. Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın. Bunları Harunla oğulları Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olanda yaxud qurbangaha yaxınlaşanda cəza çəkib ölməmək üçün geyəcəklər. Bu, Harunla övladlarına əbədi qayda olsun. həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun: piyi də, qanı da yeməyin”». İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Выбор основного перевода