Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu. Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü. Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi. Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi. Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi.
Выбор основного перевода