Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın». Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü. Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi. Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi. Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi. Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı. Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi. Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb.
Выбор основного перевода