Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et. O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək. Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək. Səbət və xəmir təknələriniz bərəkətli olacaq. «Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm». İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
Выбор основного перевода