Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin. Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm. O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir. Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz. Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.
Выбор основного перевода