Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi: Xorevdə Allahınız Rəbbin önündə dayandığınız günü xatırlayın. O zaman Rəbb mənə dedi: “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm. Belə ki yer üzərində yaşadıqları müddətdə yalnız Məndən qorxmağı öyrənsinlər və övladlarına öyrətsinlər”. Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
Выбор основного перевода