Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək”. Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq». Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü;
Выбор основного перевода