Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm. O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır. Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”». Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam. Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq. Səninlə düşmənçilik edənləri axtaracaqsan, Amma tapa bilməyəcəksən, Səninlə vuruşanlar heç olacaq, Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm. «Ey torpaq qurdu olan Yaqub nəsli, Ey İsrail əhli, qorxma! Sənə kömək edəcəyəm» Rəbb bəyan edir. Səni Satınalan İsrailin Müqəddəsidir.
Выбор основного перевода