Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!”» Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik». İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı.
Выбор основного перевода